Beynəxalq axtarışa verilmiş Sank-Peterburdan olan rahib Qleb Qrozovski İsraildə saxlanılıb. Lent.az-ın məlumatına görə, rahib bir ildən çox müddətdə uşaqların cinsi istismarına görə axtarışda olub.
Bildirilir ki, 2013-cü ilin iyun ayında Yunanıstanda Kos adasında 34 yaşlı rahib uşaq düşərgəsinin yaxınlığında yerləşən oteldə 9 və 12 yaşlı qızlara qarşı seksual təcavüz edib. Həmin vaxt Qrozovski haqqında qiyabi həbs qərarı çıxarılıb və İsraildə ezamiyyətdə olan rahib beynəlxalq axtarışa verilib.
Qatçina yepiskopu onun ezamiyyətini dayandırıb və istintaq müddətində rahib xidmətdən uzaqlaşdırıb.