Paytaxtda zəncirvari qəza
05 may 2017 03:52 (UTC +04:00)

Paytaxtda zəncirvari qəza

0

Bakıda zəncirvari yol qəzası baş verib. APA-nın xəbərinə görə, qəza paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Azadlıq prospektində «Qaz – 3110», «Daewoo»  və «Mercedes» markalı avtomobillər toqquşub. İlkin versiyaya görə, qəzaya səbəb “Mercedes” olub. Belə ki,  ara məsafəsi saxlamayan “Mercedes” qarşıda işıqforun qırmızı işığında dayanan Daewoo ilə toqquşub, sonuncu isə zərbənin gücündən qarşıdakı “Qaz – 3110”-a çırpılıb.

 

Xəsarət alan olmayıb.

 

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar