Parisdə iğtişaşlar: 40 nəfər saxlanıldı
11 iyul 2016 04:15 (UTC +04:00)

Parisdə iğtişaşlar: 40 nəfər saxlanıldı

0

Fransanın paytaxtında AVRO-2016 final matçından əvvəl və sonra 40-dək azarkeş saxlanılıb.

 

APA-nın xəbərinə görə, bu barə Paris polisinin məlumatında deyilir.

 

Asayiş keşikçiləri qarşıdurma zamanı azarkeşlərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Oyundan əvvəl Eyfel qülləsi ətrafında başlayan toqquşmalar şəhərin mərkəzi küçələrində davam edib. İnsident zamanı bir neçə avtomobil yandırılıb. İğtişaşlar həmçinin “Stad de Frans” stadionunun fan-zonasında və ətrafında da baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 481

Oxşar yazılar