Hindistan və Pakistan Cammu ştatında və Kəşmirdəki nəzarət xəttində hərbi fəallığını artırır.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bölgədə baş verən insidentlərdən sonra Pakistan ordusu bu zonadakı hərbçilərin məzuniyyətlərini təxirə salıb və sərhəd ticarətini dayandırıb.
Öz növbəsində Hindistan hərbçiləri münaqişə bölgəsində pilotsuz təyyarələrdən istifadə hallarını genişləndirib.
Qeyd edək ki, son günlər bölgədə iki Hindistan, bir Pakistan əsgəri öldürülüb. Tərəflər buna görə bir-birini ittiham edir.