Pakistan Konstitusiya Məhkəməsi ölkədə davam edən kütləvi etiraz aksiyalarını səbəb göstərərək hökumətin buraxılması barədə qərar verib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, baş nazir Raja Pərviz Əşrəfin səlahiyyətinə son qoyan Konstitusiya Məhkəməsi eyni zamanda korrupsiyanı səbəb göstərərək aralarında Raja Pərviz Əşrəf və nazirlər də olmaqla, 16 nəfər barədə həbs qərarı verib.
Konstitusiya Məhkəməsi Raja Pərviz Əşrəfin su və enerji naziri olduğu dönəmdə müxtəlif layihələrə görə, rüşvət aldığı və ölkəyə böyük zərər vurduğu üçün belə qərar verdiyini açıqlayıb. Həbs edilən Raja Pərviz Əşrəf sabah məhkəməyə çıxarılması gözlənilir.