Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Çitral şəhərindən Pakistanın paytaxtı İslamabada yola düşən PK661 saylı təyyarə ölkənin şimalında düşüb və qəza zamanı 47 nəfərin olduğu deyilir. Başqa bir mənbədən alınan məlumata görə, 40-dan çox adam bu qəza nəticəsində həyatını itirib.
Pakistan Hava Yollarına məxsus olan təyyarə qalxdıqdan dərhal sonra radardan itib.