Pakistanda polis rəisi öldürülüb
10 yanvar 2014 03:51 (UTC +04:00)

Pakistanda polis rəisi öldürülüb

Pakistanın Karaçi şəhərində baş verən partlayış nəticəsində polisin cinayət-axtarış şöbəsi departamentinin rəisi Çaudxri Məhəmməd Aslam həlak olub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qətlin məsuliyyətini taliblər üzərinə götürüb.

 

Partlayışın başqa qurbanları haqda məlumat yayılmayıb.

 

Qanlı olayın kadrlarında polis avtomobili karvanından bir maşın bütövlükdə məhv olub.

 

2011-ci ildə də Ç.M.Aslama qarşı sui-qəsd törədilib. Onda 3 nəfər həlak olmuşdu, rəis isə sağ qalmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440
avatar

Oxşar yazılar