Pakistanın cənub-qərb bölgəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 4 hərbçi ölüb, 6-sı yaralanıb.
APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze Kvetta şəhərində hərbi düşərgəyə hücum edib.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin ağır vəziyyətdə olduğu bildirilir.
Bundan əvvəl Kvetta şəhərində silahlılar polis karvanına hücum edib, nəticədə 2 asayiş keşikçisi həyatını itirib. Hücuma görə məsuliyyəti “Tehrik-i-Taliban Pakistan” ("Pakistan talibləri hərəkatı") qruplaşması öz üzərinə götürüb.