Pakistanda 4 aylıq hamilənin qatil qardaşları tutulub
05 iyun 2014 02:05 (UTC +04:00)

Pakistanda 4 aylıq hamilənin qatil qardaşları tutulub

0

Bu günlərdə Pakistanda hamilə bacılarını daş-qalaq edərək, öldürən iki qardaş həbs olunub.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qətlə yetirilən 24 yaşlı Fərzanə Pərvin 4 aylıq hamilə imiş.

 

O, Lahor məhkəməsinin binası yaxınlığında qohumları tərəfindən daşla öldürülüb.

 

Mənbə bildirib ki, Fərzanə Pərvinin atası könüllü olaraq, polisə təslim olsa da, qadının qətlində iştirak edən başqa qohumları hələ də azadlıqdadır.

 

Onun həyat yoldaşı Məhəmməd İqbal bildirib ki, polis qətlin qarşısını almağa cəhd belə göstərməyib.

 

Lahorun polis rəisi isə  onun dediklərini təkzib edərək, polislər hadisə yerinə gedənədək qadının öldürüldüyünü söyləyib.  

 

Xatırladaq ki, Fərzanə Pərvin qohumlarının razılığı olmadan Məhəmməd İqbala ərə gedib. Buna görə qohumları onu qətlə yetirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1328

Oxşar yazılar