Pakistan Əfqanıstanla taliblər arasında vasitəçilik edəcək
01 dekabr 2013 04:08 (UTC +04:00)

Pakistan Əfqanıstanla taliblər arasında vasitəçilik edəcək

Pakistanın baş naziri Nəva Şərif Əfqanıstan rəhbərliyinə «Taliban» hərəkatı ilə sülh əldə edilməsi prosesinə yardım edəcəyini boyun olub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qonşu ölkədə səfərdə olan pakistanlı lider  Əfqanıstan hakimiyyəti ilə hərəkatın keçmiş başçısı Molla Bəradər arasında məsləhətləşmə haqqında razılığa gəlindiyini bildirib.

 

Rəsmi Kabul hesab edir ki, Bəradər taliblərin indiki komandanlığını danışıqlar masasına oturmağa inandıra bilər.

 

Xatırladaq ki, Molla Bəradər bu ilin sentyabrında  Pakistan həbsxanasından buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461
avatar

Oxşar yazılar