Ermənistan İrs Partiyasının lideri, prezident seçkilərində 36,75 faiz səslə ikinci olmuş Raffi Ovannisyan postseçki dövründə atacağı addımları sabah keçiriləcək mitinqdə açıqlayacaq.
APA-nın məlumatına görə, prezident Serj Sərkisyanla görüşdən sonra Azadlıq Meydanında tərəfdarlarına müraciət edən Ovannisyan onları dağılmağa çağırıb və bildirib ki, bütün sualları partiyadaşları ilə məsləhətləşdikdən sonra sabah keçiriləcək mitinqdə açıqlayacaq: Prezidentliyə namizəd “bu gün bir neçə diplomatik görüşüm var, görüşə getməliyəm. Siz isə dağılışın, sabah görüşərik” – deyərək Azadlıq Meydanını tərk etsə də, tərəfdarları hələ də meydanda qalmaqdadır.