Olland atışmanı terror aktı adlandırdı
21 aprel 2017 03:31 (UTC +04:00)

Olland atışmanı terror aktı adlandırdı

Fransa prezidenti Fransua Olland bildirib ki, Parisdə polis əməkdaşlarına qarşı törədilən hücum, ilkin məlumatlara əsasən,  terror xarakteri daşıyıb.  

 

Onun sözlərinə görə, yekun rəy Paris prokurorluğunun antiterror şöbəsinin apardığı istintaqın nəticələri bəlli olduqdan sonra veriləcək.  

 

Dövlət başçısı aprelin 21-də Təhlükəsizlik Şurasının iclas keçirəcəyini bildirib. Olland bu barədə baş nazir və DİN rəhbərinin iştirakı ilə keçirdiyi təcili müşavirədən sonra bildirib.  

 

Olland həmçinin hücum nəticəsində 1 polisin həlak olduğunu, daha ikisinin yaralandığını. İnsident nəticəsində daha bir qadın yüngül yaralanıb. Hücum edən şəxs cavab atəşi ilə məhv edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar