Vətəndaş nikahında yaşadığı xanımı Valeri Trierveylerə aktrisa Jüle Qaye ilə xəyanət etdiyi deyilən Fransa prezidenti Fransua Olland ölkəsinin maliyyə vəziyyəti haqda çıxış edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, növbəti üç ildə ölkənin maliyyə durumunu yaxşılaşdırmaq məqsədi ilə büdcə xərclərini 50 milyard avro ixtisar edəcəyini boyun olub.
«2014-cü ildə biz 15 milyard avro qənaət edəcəyik. 2015 -2017-ci illərdə isə daha 50 milyardlıq ixtisar olacaq»- deyə, Olland mətbuat konfransında bu tədbirin ölkə ilk dəfə keçirildiyini də vurğulayıb.
Mətbuat konfransında o, şəxsi həyatı ilə bağlı məsələyə toxunaraq, «ağırlı çağı» yaşadığını etiraf edərək, əlavə şərh verməyib.