Obamanın ögey qardaşı Malik Obama ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəklədiyini açıqlayıb.
Lent.az-ın “virtualaz.org”-a istinadən xəbərinə görə, Malik Obama Respublikaçılar Partiyasından namizədliyini irəli sürən milyarder Donald Trampı dəstəklədiyini açıqlayıb.
“Donald Tramp xoşuma gəlir. O, çox ürəkdən danışır. ABŞ-ı yenidən hegemon dövlətə çevirmək əla sloqandır”, – deyə o bildirib.
Malik milyarderlə görüşmək arzusunda olduğunu da açıqlayıb.