2010-cu ildə ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Dmitri Medvedevlə birlikdə burger yeyərək, nahar etdikləri qəlyanaltı bağlanıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, buna səbəb mülkin yiyəsi (ticarət mərkəzi) ilə orada yerləşən restoranın sahibi arasında yaranmış mübahisə göstərilir.
Məlumata əsasən, «Ray's Hell Burger» adlı bu yeməkxanaya Ağ evdən maşınla bir neçə dəqiqəlik yoldur. Onda Obama rusiyalı həmkarını özünün tez-tez- getdiyi sevimli qəlyanaltısına dəvət edib.
Yanvarın 16-da bu qəlyanaltının qapısından bağlandığına dair elan asılıb.