Konnektikut ştatının Sendi-Huk məktəbində baş vermiş kütləvi qətlin təkrarlanmaması üçün ABŞ prezidenti Barak Obama odlu silahlardan istifadəni məhdudlaşdırılmaq tədbirlərinə yenidən baxacağını bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, prezidentin müavini Co Bayden tərəfindən hazırlanmış təkliflər siyahısına mağazalara basqınlarda yaralanılan çox gülləli hücum silahları da daxil edilib.
Prezident bildirib ki, bir sıra tədbirlər Konqresin iştirakı olmadan gerçəkləşdiriləcək.
Xatırladaq ki, ötən dekabrın 14-də Sendi-Huk məktəbində 20 yaşlı Adam Lanzanın açdığı atəş nəticəsində 20 məktəbli uşaq və 6 yalı insan həyatını itirmişdi.