ABŞ prezidenti Barak Obama daxili işlər naziri Ken Salazarın istefa ərizəsini təsdiqləyib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Ağ evin indiki yiyəsi ümidvar olduğunu bildirib ki, Salazar gələcəkdə ona məsləhtələri ilə yardım edəcək.
Obama məsələ ilə bağlı bəyanatında keçmiş nazirin torpaq, su ehtiyatlarının, vəhşi təbiətin qorunmasında, eləcə də daxili enerji mənbələrinin işlənilib hazırlanmasınada göstərdiyi xidmətələri vurğulayıb.
Hindu tayfaları ilə münasibətlərin yoluna qoyulmasında da Salazarın gördüyü işlər qeyd edilib.