ABŞ hakimiyyəti «əl-Qaidə»-yə qarşı mübarizəni uğurla başa çatdırmaq üçün maksimum güc sərf edəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu bəyanatla prezident Barak Oabam çıxış edib.
«Biz «əl-Qaidə»-nin məhv edilməsi əməliyyatını başa çatdırmalıyıq»-deyə, Vaşinqtonda terrorçuluğa qarşı mübarizə problemlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı o, söyləyib.
Obama amerikalı hərbçilərin ekstremistlərə qarşı Əfqanıstan təhlükəsizlik qüvvələrinin təlim keçəcəyini də boyun olub. Onun sözlərinə görə, bu səbəbdən Əfqanıstan artıq heç vaxt terrorçuluğun dayağı olmayacaq.