Obama: “Tramp mövqeyini dəyişəсək”
15 noyabr 2016 01:58 (UTC +04:00)

Obama: “Tramp mövqeyini dəyişəсək”

«Komandam hakimiyyəti Donald Trampa səmərəli şəkildə təhvil vermək üçün işlərini sürətləndirməyə hazırdır”.

 

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında deyib.

 

“Hakimiyyətin dinc şəkildə təhvili Amerika siyasi ənənəsinin mühüm hissəsidir. Düşünürəm ki, Donald Trampa vədlərini həyata keçirmək üçün müəyyən vaxt vermək lazımdır. Onun kadr siyasətini, təyinatlarını şərh etmək düzgün olmazdı. Xalq seçkilərdə öz sözünü deyib. Donald Tramp – növbəti prezidentdir. Hesab edirəm ki, Tramp bilavasitə prezident kürsüsünə əyləşəndən sonra bir sıra məsələlərə dair mövqeyini dəyişə bilər. O, özü buna lüzum olduğunu duyacaq. Sirr deyil ki, aramızda bir sıra məsələlərə dair fikir ayrılığı var. Ümid edirəm ki, Donald Tramp istedadını Amerika xalqının rifahı üçün istifadə edəcək. Trampla görüşümüzdə o, NATO ilə strateji münasibətlərin qorunub saxlanmasında maraqlı olduğunu bildirdi.  Biz ölkəmizi daha təhlükəsiz edən bütün öhdəliklərin yerinə yetirilməsinə sadiqik”, deyə B.Obama bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar