Obama 220 illik qanunu dəyişdirir
17 yanvar 2013 10:30 (UTC +04:00)

Obama 220 illik qanunu dəyişdirir

ABŞ prezidenti Barak Obama 26 nəfərin öldürüldüyü məktəb basqınından 1 ay sonra mülki şəxslərin silahlanmasına qarşı savaş açıb.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Barak Obama silahdan istifadəni nəzarət altına alacaq qanunun mahiyyətini açıqlayıb.

Obama deyib ki, məktəbdəki qanlı olaydan ötən bir ay ərzində ABŞ-da 900 nəfər silahdan açılan atəş nəticəsində həyatını itirib. O, bu səbəbdən indi hərəkətə keçmə zamanı olduğunu və bu məsələdə üzərinə düşəni edəcəyini söyləyib.

Qarşıdakı həftədə Konqresə təqdim edilməsi gözlənən qanun layihəsində silah alan insanların keçmişlərinin araşdırılması ilə bağlı sistemin sərtləşdirilməsi, silahlı zorakılığa qarşı federal araşdırmaların aparılmasının təmin edilməsi və buna yol açan səbəblərin aradan qaldırılması, hərbi silahların və yüksək partlayıcı qabiliyyətə malik maddələrin qadağan edilməsi yer alır. Barak Obamanın addımı silah istehsalı ilə məşğul olan şirkətlərin il ərzində 500 milyon dollardan çox ziyana düşməsinə yol açacaq və son 20 ildə silahlara nəzarət istiqamətində həyata keçirilən ən geniş plan olub.

ABŞ Konstitusiyası ikinci düzəliş çərçivəsində silahlanma haqqını tanıyır. Silah lobbisi 220 illik qanuna təklif edilən hər cür dəyişikliyə qarşı çıxır. Dünyada ən liberal silahlanma qanuna malik olan ABŞ-da indiyə qədər heç bir prezidentin bu qanunda dəyişiklik etməyə gücü çatmayıb. Ölkədə 4 milyon üzvü olan və lobbi şirkətlərinə hər il milyonlarla dollar ödəyən Milli Tüfəng Dərnəyinin Barak Obamaya qarşı böyük bir kampaniya başlatması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1487
avatar

Oxşar yazılar