Növbəti kütləvi məzarlıq tapıldı
12 sentyabr 2013 11:59 (UTC +04:00)

Növbəti kütləvi məzarlıq tapıldı

Bosniyada növbəti kütləvi məzarlıq tapılıb.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, savaş zamanı serb qüvvələrinin düşərgə qurduğu Priyedor yaxınlığında aşkarlanan məzarda yüzlərlə insan basdırılıb.

Sahəsi 300 kv.m olan və 8 metr dərinlikdə tapılan məzarın bölgədəki ən böyük kütləvi məzarlıq olduğu təxmin edilir. İndiyə qədər güllələnərək öldürülmüş 10 nəfərin sümükləri çıxarılıb və şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün laboratoriyaya göndərilib.

Qeyd edək ki, Bosniya savaşı zamanı Priyedorda Srebrenitsadan sonra ən böyük qətliam yaşanıb. Serb qüvvələri 3 min boşnağı öldürüb. İndiyə qədər mindən çox boşnağın məzarı tapılmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar