Norveçin hava məkanının bir hissəsi uçuşlar üçün bağlanıb
27 iyul 2014 06:04 (UTC +04:00)

Norveçin hava məkanının bir hissəsi uçuşlar üçün bağlanıb

0

Norveç hakimiyyəti ölkənin qərb hissəsinin hava məkanını ehtimal olunan terror təhlükəsi ilə əlaqədar bağlayıb.

 

Lent.az-ın “Gazetar.ru”-ya istinadən məlumatına görə, bu haqda “The Lockal” xəbər yayıb.

 

Mənbə bildirib ki, Norveç kəşfiyyatı Suriyadan olan bir qrup ekstremistin ölkədə terror aksiyası törədəcəyi ilə bağlı məlumat əldə edib.

 

Polis isə bəyan edib ki, hava məkanında hərəkət yalnız özəl və əyləncə xarakterli uçuşlara yasaqlanıb. Bununla belə hüquq – mühafizə orqanları ölkənin Bergen hava limanının adi rejimlə işlədiyini də vurğulayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 713

Oxşar yazılar