Nikolya Sarkozi uduzdu
21 noyabr 2016 01:27 (UTC +04:00)

Nikolya Sarkozi uduzdu

Sabiq prezident Nikolya Sarkozi Fransada sağ-mərkəzçilərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirdikləri ilkin seçkilərdə məğlub olub.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, N.Sarkozi artıq məğlubiyyətini etiraf edib.

 

Sarkozi seçkilərin ikinci turunda Fransua Fiyonun namizədliyini dəstəkləyəcəyini bəyan edib.

 

İkinci tura Bordo şəhərinin meri Alen Jüpe və sabiq baş nazir Fransua Fiyon adlayıb.

 

Seçkilərin ilkin nəticələrinə əsasən, F. Fiyon  43,6%, A.Jüpe - 26,7%, N.Sarkozi isə 22,9% səs toplayıb.

 

Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirəcəyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar