Ermənistan parlamentinin xüsusi iclasında Nikol Paşinyan baş nazir seçilib.
Lent.az tert.am-a istinadən bildirir ki, Yelk fraksiyasının rəhbəri və baş nazir postuna vahid namizəd baş nazir seçilib. Deputatlardan 59-u Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib.
Qeyd edək ki, Paşinyanın baş nazir seçilməsi üçün minimum 53 səs tələb olunurdu.