Netanyahu parlamenti buraxır
03 dekabr 2014 04:36 (UTC +04:00)

Netanyahu parlamenti buraxır

İsrailin baş naziri Binyamin Netanyahu parlamentin buraxıldığını və vaxtından əvvəl seçkilərin keçiriləcəyini bəyan edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

 

Bundan başqa, Netanyahu maliyyə naziri Yaira Lapid və ədliyyə naziri Tsipi Livnini istefaya göndərib. Qeyd edək ki, hər iki nazir baş nazirin təmsil etdiyi “Likud” partiyasına müxalif olan siyasi partiyaların lideridir.  

 

“Son bir neçə həftə ərzində nazirlər Lapid və Livni rəhbəri olduğum hökumətə qarşı kəskin hücumlar edir. Mən artıq hökumətin tərkibində müxalifətin olmasına yol vermək niyyətində deyiləm”, deyə  Netanyahu qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185
avatar

Oxşar yazılar