Neft bahalanıb
17 yanvar 2013 07:47 (UTC +04:00)

Neft bahalanıb

Yanvarın 16-da neft ixrac edən dövlətlərin təşkilatı, OPEK-in yeni açıqlamasına əsasən, dünya bazarında neft bahalaşıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, «Brent Crude Oil» markalı «qara qızıl» 0,31 dollar bahalaşaraq, bir bareli 110,61 dollar olub.

 

«WTI»-in isə qiyməti isə 0,96 dollar artaraq, bir bareli 94,24 dollaradək bahalanıb.

 

OPEK-in yanvar hesabatına əsasən, 2013-cü ildə neftə tələbat artaraq, sutkada 800 min barelə çatıb. Sənəddə vurğulanıb ki, bununla belə cari il neftin sabit olmayan dünya iqtisadiyyatına təsiri ötən ilki kimi güclü olmayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar