ABŞ Müdafiə nazirliyi Şimali Koreyaya məxsus 20 hərbi obyektə preventiv zərbələr endirmək üzrə plan hazırlayıb.
APA-nın məlumatına görə, bu barədə NBC telekanalı hərbi mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, “B-1B Lancer” bombardmançı təyyarələri raketlər üçün start meydançaları daxil olmaqla Şimali Koreyanın 20-dək hərbi infrastruktur obyektini bombalaya bilər.
Sakit okeanın qərbindəki Quam adasında ABŞ-ın “Andersen” hərbi hava və “Apra-Harbor” hərbi-dəniz bazası yerləşir.
Bundan əvvəl Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb.