Nazir maaşı az olduğuna görə işdən çıxıb
12 avqust 2014 16:01 (UTC +04:00)

Nazir maaşı az olduğuna görə işdən çıxıb

Britaniyada nazir maaşı az olduğu üçün istefa verib. Lent.az-ın məlumatına görə, Afrika məsələləri üzrə nazir Mark Simmonds aldığı 200 min dollar məvaciblə Londonda ailə saxlamağın müşkül olduğunu əsas gətirərək vəzifəsindən imtina edib.

İllik gəliri təqribən 150 min dollar olan Simmondsun 47 min dollarlıq evinin icarə pulu da dövlət tərəfindən ödənilirmiş.

M. Simmondsun sözlərinə görə, o, özü Londanda otellərin birində yaşayır. Ailəsi isə paytaxtdan yüzlərlə kilometr aralı Linkolnşir şəhərində. Hökumətin verdiyi maaşla paytaxtda ailəvi yaşamaq mümkün deyil.

Nazirin istefasını Böyük Britaniyanın baş naziri Devid Kemeron qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3340
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar