NATO hərbçiləri barda içib dalaşdı
15 oktyabr 2017 05:37 (UTC +04:00)

NATO hərbçiləri barda içib dalaşdı

Litvada gecə klubunda NATO missiyasının almaniyalı hərbçiləri arasında dava olub.  

 

APA-nın “Sputnik Deutschland”a istinadən verdiyi xəbərə görə, insident Rukla şəhərində baş verib.

 

Gecə saat 2 radələrində sərxoş hərbçilər arasında başlayan mübahisə dava ilə nəticələnib. Münaqişəyə yerli polis müdaxilə edib. Hərbçilərdən biri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərləri isə kazarmalara qaytarılıb.   

 

Qeyd edək ki,  Bundesver əsgərlərinin iştirakı ilə analoji insidentlər Litvada əvvəllər də baş verib. Belə ki, iyunda Yonava şəhərində hərbçilər arasında qarşıdurma nəticəsində 4 nəfər xəstəxanalıq olmuşdu.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar