Meksika polisi “La Linea” narkokartelinin başçısı Miqel Amaya Loyanı saxlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Meksika Baş Prokurorluğunun məlumatında qeyd olunur ki, Miqel Amaya Loya Çiuaua ştatındakı restoran və gecə klublarında törədilən qətllərin əksəriyyətinə görə məsuliyyət daşıyır. O həmçinin narkotik vasitələrinin satışı, insan oğurluğu və reketlə məşğul olub. Onun saxlanılması üzrə əməliyyat Syudad Xuares şəhərində həyata keçirilib.
Qeyd edək ki, ABŞ-la həmsərhəd Çiuaua ştatında fəaliyyət göstərən və əsasən qonşu ölkəyə narkotiklərin tədarükü ilə məşğul olan “La Linea” narkokarteli Meksikanın ən iri “Xuares karteli” cinayətkar qruplaşmasına daxildir.