Vaşinqton Rusiyada həbsdə olan ukraynalı hərbçi Nadejdo Savçenkonun ABŞ-da məhbusluq həyatı yaşayan Rusiya vətəndaşları Viktor But və Konstantin Yaroşenko ilə dəyişdirilməsi məsələsini nəzərdən keçirmir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens bildirib. "Xeyr, biz belə məsələni nəzərdən keçirmirik. ABŞ məhbusların saxlanılması üzrə beynəlxalq və milli hüquq üzrə öhdəliklərinə riayət etmək niyyətindədir", - deyə diplomat söyləyib.
Qeyd edək ki, "İnterfaks" agentliyi Nadejda Savçenkonun ABŞ-da həbsdə saxlanılan silah alverçisi Viktor But və narkotik qaçaqmalçısı Konstantin Yaroşenko ilə dəyişdirilməsi üzrə danışıqların aparılması barədə məlumat yayıb.