Müxalifət inqilab anonsu verdi, Oktyabr Sarayı tutuldu HADİSƏ YERİNDƏN
03 dekabr 2013 11:20 (UTC +04:00)

Müxalifət inqilab anonsu verdi, Oktyabr Sarayı tutuldu HADİSƏ YERİNDƏN

Kiyevdə kütləvi aksiya keçirən müxalifət ötən gecə şəhərin mərkəzindəki Oktyabr Sarayını tutublar. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin Lent.az-a verdiyi məlumata görə, sarayı rəhbərlik aksiyaçılara könüllü təslim edib.

Tağıyevin dediyinə görə, ötən gecə şəhərin Kreşatnik küçəsində, “Maydan”da, Ali Rada qarşısında və Hökumət binası ilə üzbəüz Marinski Park ətrafında davam edən etiraz aksiyasında müxalifət liderlərindən UDAR partiyasının sədri Vitali Kliçko, “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk və digərləri çıxış ediblər. Onlar  Ali Radaya hökumətin istefası tələbi ilə yanaşı prezident Viktor Yanukoviçin istefa tələbini də rəsmən elan ediblər: “Liderlər belə davam etdiyi təqdirdə, ölkədə inqilabın qaçılmaz olduğunu bildirdilər”.

R. Tağıyevin dediyinə görə, gecə polislə jurnalistlər arasında ciddi qarşıdurma olub və bir neçə jurnalist, o cümlədən “Novıy Kanal” ın əməkdaşları ağır formada döyülüblər.

Məlumata görə, ötən gecə Kiyevdəki ABŞ, Fransa və Almaniya səfirləri baş nazir Nikolay Azarov ilə görüşüblər. Görüşün əsas mövzusu bundan sonra etirazçılara güc tətbiq edilməməsi ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4572

Oxşar yazılar

İrandakı partlayışda ölənlərin sayı  65-ə çatdı

İrandakı partlayışda ölənlərin sayı 65-ə çatdı

28 aprel 2025 , 19:52
Rusiyada avtobus aşdı, 35 nəfər  xəsarət aldı

Rusiyada avtobus aşdı, 35 nəfər xəsarət aldı

28 aprel 2025 , 07:04
Kanadada festival zamanı maşın izdihamın üzərinə sürüldü, 11 nəfər öldü

Kanadada festival zamanı maşın izdihamın üzərinə sürüldü, 11 nəfər öldü

28 aprel 2025 , 05:33
Ropa Papasından 200 minlik ianə

Ropa Papasından 200 minlik ianə

28 aprel 2025 , 03:45
Beş il sonra robotlar cərrahları qabaqlayacaq - İDDİA

Beş il sonra robotlar cərrahları qabaqlayacaq - İDDİA

28 aprel 2025 , 02:47
ABŞ Yəməni VURDU:  8 nəfər öldü, yaralılar var

ABŞ Yəməni VURDU: 8 nəfər öldü, yaralılar var

28 aprel 2025 , 01:34
Türkiyədə daha bir zəlzələ

Türkiyədə daha bir zəlzələ

27 aprel 2025 , 23:33
Təyyarə quşlarla toqquşdu

Təyyarə quşlarla toqquşdu

27 aprel 2025 , 19:10