Mühərrikinə quş girən təyyarə təcili eniş etdi
23 noyabr 2016 22:42 (UTC +04:00)

Mühərrikinə quş girən təyyarə təcili eniş etdi

0

Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus təyyarə Domodedovo hava limanına təcili eniş edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva – Punta-Kana (Dominikan Respublikası) marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan bir qədər sonra geri  dönməli olub.

 

Təcili enişə səbəb quşun təyyarənin mühərriklərindən birinə toxunması olub. İnsident nəticəsində zərərçəkən olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar