Mühərriki yanan təyyarə qəza enişi etdi
03 iyul 2017 03:47 (UTC +04:00)

Mühərriki yanan təyyarə qəza enişi etdi

0

ABŞ-da “United Airlines”  aviaşirkətinə məxsus sərnişin təyyarəsi Denver şəhər hava limanına qəza enişi edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna  təyyarənin mühərrikinin  alovlanması səbəb olub.

 

Aspen-Denver marşrutu üzrə uçan təyyarənin sərnişinləri dərhal təxliyə edilib. Hadisə nəticəsində zərərçəkən olmayıb. İnsidentin səbəbləri barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar