Moskvanın mərkəzində kimliyi hələlik açıqlanmayan biznesmenə silahlı hücum olub. Lent.az-ın məlumatına görə, Usaçeva küçəsində gündüz saatlarında 2 nəfər silahlı şəxs sahibkara 3 dəfə atəş açıb. Ayağı, qarnı və sinəsindən yaralanan biznesmen xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə şahidlərinin dediyinə görə, killerlərdən biri italiyalılara bənzəyir, digəri isə saqqallı olub. Hazırda polis hər iki killeri axtarır.