Moskva polisi keçirilmiş “miqrant-axtarış” əməliyyatı zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 3,5 minədək xarici vətəndaşı saxlayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, kompleks profilaktik tədbirlər Rusiya paytaxtında aprelin 17-dən keçirilir.
Əməliyyat zamanı miqrantların yaşadığı 460-dan çox yataqxana yoxlanılıb. “Altı gün ərzində cinayətlərdə əlaqəli olub-olmadıqlarını yoxlamaq məqsədilə 42 mindən çox xarici vətəndaş polis bölmələrinə gətirilib. Onlardan 3,5 min şəxs miqrasiya qanunvericiliyinin tələblərini pozub, 2 min nəfər barəsində ölkədən çıxarılmasına dair qərar verilib”, deyə məlumatda bildirilir .
Əməliyyat zamanı 47 nəfər ağır və xüsusi ağır cinayətlər törətməkdə şübhəli şəxs qismində saxlanılıb.