Moskva və Vaşinqton yeni sanksiyaları müzakirə etdi
23 iyun 2017 04:08 (UTC +04:00)

Moskva və Vaşinqton yeni sanksiyaları müzakirə etdi

0

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub. APA-nın xəbərinə görə, bu barədə məlumat nazirliyin rəsmi saytında dərc edilib.

 

“İkitərəfli dialoqun perspektivlərinin müzakirəsi zamanı S.Lavrov, Vaşinqtonun iyunun 20-də tətbiq etdiyi yeni sanksiyalara toxunaraq, Rusiyaya qarşı bu vasitə ilə təzyiq göstərmək cəhdlərinin xam xəyal olduğunu qeyd edib.  Bu cür hərəkətlər onsuzda çətin dövr yaşayan Rusiya-ABŞ münasibətlərini kompleks şəkildə ciddi risk altına atır”, - deyə məlumatda bildirilir.

 

Lavrov həmçinin, Rusiya tərəfinin münasibətlərin normallaşdırılmasına dair Vaşinqtona irəli sürülən təklifə cavab gözlədiyini qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar