Moskvanın Kursk dəmiryol vağzalında bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva polisinin nümayəndəsi bildirib.
Əməliyyat tədbirləri nəticəsində vağzalda partlayıcı qurğu aşkar edilməyib.
Qeyd edək ki, bu gecə Moskvanın Kursk vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olduqdan sonra təxminən 200 nəfər təxliyə edilib. Hazırda dəmiryol vağzalının fəaliyyəti tam bərpa olunub.