Moskva polisi vyetnamlılarla yanaşı azərbaycanlıları da saxlayıb
01 avqust 2013 00:14 (UTC +04:00)

Moskva polisi vyetnamlılarla yanaşı azərbaycanlıları da saxlayıb

 

Rusiya polisinin Moskvada irimiqyaslı xüsusi əməliyyatı davam edir. Lent.az-ın xarici informasiya vasitələrinə  istinadən məlumatına görə, iyulun 31-də keçirilən əməliyyat zamanı 1200 Vyetnam vətəndaşı saxlanılıb.

 

Tədbir zamanı İraq, Suriya, Vyetnam və Azərbaycandan olan 8 nəfərdə tutulub. Onlar qanunsuz mühacirətin təşkilində şübhəli bilinir. Həmin şübhəlilərə qarşı cinayət işi açılıb.

 

«Onların 4-ün Rusiya vətəndaşlığı var. Hazırda bunun da səhihliyi yoxlanılır»-deyə, Moskva polisi bildirib.

 

Moskvanın Sovet küçəsindəki sağlamlıq mərkəzində polis mühacirlərin yaşayış yerini aşkarlayıb. Orada Misir, Mərakeş, Suriya, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 200-ə yaxın gəlmə saxlanılıb. Polis onların bəzilərindən travmatik tapança aşkarlandığını bəyan edib.

 

Hüquq-mühafizə orqanlarını axtarışı zamanı Vyetnam vətəndaşlarından saxta pasport və qanunsuz mühasibat da tapılıb.

 

Əməliyyatda 900-dən çox polis və 80-ə yaxın drujinnik iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

Oxşar yazılar