Moskva havasının 32 illik rekordu: +4,8 dərəcə
21 dekabr 2014 05:06 (UTC +04:00)

Moskva havasının 32 illik rekordu: +4,8 dərəcə

0
Rusiya paytaxtı isti siklonun təsiri dairəsindədir. Bu gün saat 13 radələrində hava müsbət 4,8 dərəcəyə qədər istiləşib.
 
AzərTAc Vesti.ru informasiya agentliyinə istinadla xəbər verir ki, sinoptiklər dekabrın 20-də son 32 ilin yeni temperatur rekordunu qeydə alıblar. Belə ki, 1982-ci ildə Moskvada 4,7 dərəcə isti müşahidə olunmuşdu.
 
Bununla belə, dekabr ayı üçün xarakterik olmayan isti hava şəraiti uzun sürməyəcək. Artıq gələn həftə temperaturun mənfi 13 dərəcəyə düşəcəyi ehtimal olunur. Şaxtalı hava yeni ilədək davam edəcək. Sinoptiklərin məlumatına görə, bayramdan sonra termometrin sütunu bir qədər də aşağı enəcək.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar