Moskvanın “Vnukova”, “Şermetyeva” və Domodedovo” beynəlxalq aeroportunda fövqəladə təhlükəsizlik vəziyyəti elan edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə hər üç aeroportun mətbuat xidmətindən məlumat verilib.
“Vnukova” aeroportundan verilən məlumata əsasən, burda dünəndən əlavə təhlükəsizlik qaydaları tətbiq edilir. Xüsusi ilə, terminalın binası video kameralarla daim nəzarətdədir.
“Domodedovo” aeroportuna isə əlavə qüvvələr cəlb edilib.