MKİ direktoru: “Rusiya seçkilərə müdaxilə edəcək”
12 may 2017 04:03 (UTC +04:00)

MKİ direktoru: “Rusiya seçkilərə müdaxilə edəcək”

0

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiyanın seçkilərə müdaxilə etməkdə davam edəcəyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pompeo Senatın kəşfiyyat məsələlərinə dair  komitəsində  çıxışı zamanı bildirib.

 

Onu fikrincə, Rusiya 2018, 2020-ci ildə də müdaxilə edəcək.

 

“Düşünürəm ki, biz bundan  nəticə çıxaracağıq və bunu daha uğurla adlaya biləcəyik”, - deyə Pompeo bildirib.  

 

Qeyd edək ki, 2016 ildə Barak Obama seçkilərə müdaxilə etdiyinə görə Rusiyanın 9 şirkətinə qarşı sanksiya tətbiq edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 263

Oxşar yazılar