Misirin müdafiə naziri Əbd əl-Fətah əl-Sisi ABŞ-ın «Time» jurnalı versiyasına əsasən «İlin adamı» olub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu tədbirdə iki milyona yaxın adam iştirak edib. Onların 26,2 faizi (449 min 596 nəfəri) misirli generala səs verib. İkinci yerdə Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan gəlir. Müğənnin Milli Sayrus üçüncü olub.
Misirin müdafiə naziri Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, müğənni Castin Biber, Amerianın keçmiş kəşfiyyatçısı Edvard Snouden, Suriyadakı rejimin başçısı Bəşar Əsəd, Roma papası Fransiska, Pakistan məktəblisi Məlalə Yusifzay, İran prezidenti Həsən Ruhani, İsrailin baş naziri Binyamin Netaniyahu və başqa namizədləri qabaqlayıb.
Qeyd edək ki, «İlin adamı» namizədinin yekun nəticəsini jurnalın redaksiyası təsdiqləməlidir.