Misirdəki kütləvi qətli İŞİD törətib
25 noyabr 2017 19:01 (UTC +04:00)

Misirdəki kütləvi qətli İŞİD törətib

0

Misirdə məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.

 

APA-nın xəbərinə görə, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb.

 

Terrorçular 30 nəfər olub və məscidə 5 avtomobildə gəliblər. Onlar məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.

 

Xatırladaq ki, terror nəticəsində ölənlərin sayı 305-ə çatıb. Yaralıların sayı 128 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar