Bu gün səhər saatlarında Misirin İsgəndəriyyə şəhərində beş il öncə istifadəyə verilmiş 24 mərtəbəli yaşayış binası çöküb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Misir Mülki Müdafiə İdarəsinin rəhbəri general Abdüləzih Taufik deyib ki, bina insanlar yuxuda olarkən çöküb.
İsgəndəriyyə şəhər rəhbərliyi binanın müvafiq razılıq olmadan tikildiyini bildirib. Binanın sahibi saxlanılıb. Abdüləzih Taufik bildirib ki, indiyə qədər yalnız 8 nəfəri xilas etmək mümkün olub, 14 nəfərin isə cəsədi çıxarılıb. Dağıntılar altında hələ ən azı 25 nəfərin qaldığı bildirilir.