Misirdə təyyarəni qaçıran şəxs Kiprdən sığınacaq istəyib.
Lent.az-ın “milliyyet.com.tr”-yə istinadən məlumatına görə, təyyarəni qaçıran şəxsin İbrahim Samaha deyil, Seif Eldin Mustafa olduğu ortaya çıxıb. S.E.Mustafanın təyyarəni Kiprdə yaşayan keçmiş həyat yoldaşı üçün qaçırdığı bildirilir. Onun keçmiş həyat yoldaşının 5 uşaq anası da olduğu qeyd edilib.
Hətta təyyarəni qaçıran şəxsin Alexandiria Universitetinin baytarlıq fakultəsində professor olduğu da iddia edilib. Bundan başqa Kipr rəhbəri Nikos Anastasiadis Misirdə qaçırılan təyyarənin terror aktı olmadığını deyib.
S. E. Mustafa saxlanılan zaman təyyarədə olan bir sərnişinə keçmiş həyat yoldaşına çatdırması üçün 4 səhifəlik məktub verib. O, yazdığı məktubda Cənubi Kipr dövlətindən sığınacaq istəyib.