Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla qarşıdurma zamanı Misir Daxili işlər nazirliyinin 54 əməkdaşı həlak olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“54 polis əməkdaşı həlak olub. Onlardan 20-si zabitlərdir”, deyə mənbə bildirib. Hazırda əməliyyatın başa çatdığını deyən mənbə terrorçuların itkiləri barədə məlumat verməyib.
***
Misirin paytaxtı Qahirə yaxınlığında terrorçularla qarşıdurma zamanı ölən xüsusi təyinatlıların sayı 30-a çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 16 nəfərin öldüyü, 15-ə yaxınının yaralandığı bildirilirdi.
Xüsusi təyinatlılar Qahirədən 135 km aralıda yerləşən əl-Vəhət bölgəsində terrorçuların zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat keçirib. Terrorçuların hansı qruplaşmaya mənsub olduqları barədə məlumat verilmir. Onların ölkə ərazisində törədilən bir sıra terror aktlarında əli olduğu qeyd olunub.