Misirdə sərnişin qatarında baş verən partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 12 nəfər yaralanıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əldəqayırma partlayıcı qurğu noyabrın 5-i, axşam saatlarında Minufiyə əyaləti ərazisində işə salınıb.
Məlumata görə, dəmiryol stansiyasında nəqliyyat polisinin əməkdaşları vaqonların birində şübhəli əşya aşkar ediblər. Qatarda olan sərnişinlər dərhal təxliyyə olunub. Partlayış əşyaya baxış zamanı baş verib.