Misir prezidenti  Nizamidən  danışdı
18 aprel 2013 14:53 (UTC +04:00)

Misir prezidenti Nizamidən danışdı

Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Mursinin rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qlobal Liderlər Şurasının əsas təsisçi qurumlarından biri olan məşhur İsgəndəriyyə Kitabxanasının Direktorlar Şurasının toplantısı keçirilib. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Məhəmməd Mursi İsgəndəriyyə Kitabxanasının həm Misirin, həm də dünya mədəniyyətində oynadığı önəmli rolu qeyd edib və hökumətin hər zaman kitabxananın işinə yardım edəcəyini bildirib.

 

Görüşdə Qlobal Liderlər Şurasının Ali Nümayəndələri, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa və İsmayıl Seragəldin toplantıda Azərbaycanda keçiriləcək Cənubi Qafqaz Forumu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında geniş məlumat veriblər. Məhəmməd Mursi Nizami Gəncəvinin böyük maraq doğurduğunu söyləyib, şairin irsinin Misirdə daha da geniş araşdırılmasını zəruri sayıb. O,  Azərbaycanda keçiriləcək beynəlxalq əhəmiyyətli foruma uğurlar arzulayıb və Misirin bu forumda fəal iştirakını tövsiyə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30