Misir prezidenti  andiçmə günü zorlanan qadını ziyarət edib
13 iyun 2014 06:44 (UTC +04:00)

Misir prezidenti  andiçmə günü zorlanan qadını ziyarət edib

Misirin yeni prezidenti Əbdülfəttah əs-Sisi Qahirə xəstəxanasına gedərək, prezident andiçməsi mərasimində bir qrup tərəfindən cinsi təcavüzə məruz qalan qadına baş çəkib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, o, qadına bir dəstə gül verərək, ondan üzr istəyib.

 

“Mən sizdən və bütün misirli xanımlardan üzr istəməyə gəlmişəm. Ruhdan düşməyin”-deyə, o, zorlanmaya məruz qalan qadına deyib.

 

Mənbə xatırladıb ki, 42 yaşlı qadın Təhrir meydanına 6 yaşlı oğlu ilə gedibmiş. Əs-Sisinin prezidentliyini bayram edən bir qrup kişi onu əhatəyə alaraq, paltarının cırıb, əynindən çıxarıb, orada zorlayıblar.

 

Hadisə yerinə polis gələrək, qadını xəstəxanaya yerləşdirib. Cinayətin görüntüləri İnternetdə yayılıb.

 

Baş verənlərdən ölkə ictimaiyyəti hiddətlənsə də, belə olayları Misir üçün adi hala çevrildiyini bildiriblər.

 

Əs-Sisinin andiçmə mərasimində 27 seksual qısnam iddiası ilə polisə şikayət ərizəsi daxil olub.

 

Mənbə bildirib ki, polis bu məsələ ilə bağlı 15-49 yaş arasında olan 7 kişini artıq həbs edib.

 

Ölkənin hüquq müdafiəçiləri və feministləri prezidentin xəstəxanaya zərərçəkən qadına baş çəkməsini alqışlayaraq, dövlət başçısının məsələ ilə bağlı bəyanatının həyata keçəcəyinə ümidvar olduqlarını vurğulayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2291

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38